Abituriyent hazırlığı bölməsi » İSRA kursları ...Ali təhsilə aparan etibarlı yol.... - www.isra.az

(024) 205 29 07 / (050) 548 55 99
Bizə hər an zəng edin: 9.00 - 19.30


Abituriyent hazırlığı bölməsi

Abituriyent hazırlığı bölməsində əsas məqsəd 10 və 11 - ci sinif şagirdlərinin ali məktəblərə hazırlığıdır. Hazırlıq TQDK proqramı əsasında və TQDK – nın dərs vəsaitlərindən və test banklarından istifadə etməklə aparılır. Dərs prosesində həmçinin müasir İKT - dən də istifadə olunur. Müəllim kontingentimiz öz fənnini və fənnin metodikasını mükəmməl bilən peşəkar müəllimlərdən ibarətdir. Kursumuzda dinləyicilər 14 nəfərdən çox olmamaq şərti ilə qruplara bölünür. Qruplara bölünərkən dinləyicilərin bilik və qavrama səviyyəsi də nəzərə alınır. Kursumuzda təhsil alacaq dinləyicilər dərs vəsaitləri ilə güzəştli olaraq təmin edilirlər. “İSRA” kurslarında təhsil alan hər bir dinləyicinın valideyni övladının nəticələri, dərslərə hazırlığı barədə daim məlumatlandırılır və tədris prosesini yerində izləmək imkanı əldə edir.
Burada təhsil alan hər bir dinləyici öz qrupunun beş fənnindən mükəmməl təhsil alması ilə yanaşı sürətli test işləmə bacarıqlarına da yiyələnir. Bu vərdişlərə dinləyicilər ayda 3 dəfə keçirilən həftəlik və ayda bir dəfə keçirilən aylıq sınaq imtahanları sayəsində yiyələnirlər.
Beləliklə “İSRA” kurslarında 1 il təhsil alan bir dinləyici təqribən 30 – 35 imtahanda iştirak etmiş olur ki, bu da həm test işləmə vərdişlərinə yiyələnməkdə, həm də imtahan ab-havasına öyrəşməkdə dinləyicilərə əvəzolunmaz üstünlüklər qazandırır. Həmçinin dinləyicilərimiz aylıq və həftəlik sınaqların nəticələrinə görə növbəti ayın təhsil haqqından güzəşt əldə etmək hüququna da malikdirlər.

Qeyd

Digər xəbərlər