SINAQ İMTAHANLARI » İSRA kursları ...Ali təhsilə aparan etibarlı yol.... - www.isra.az

(024) 205 29 07 / (050) 548 55 99
Bizə hər an zəng edin: 9.00 - 19.30


SINAQ İMTAHANLARI

Sinaq imtahanları abituriyent hazırlığının əsas hissələrindən biridir. Hər bir abituriyent sınaq imtahanında iştirak etməklə həm imtahan təcrübəsi qazanır, həm imtahan stress və həyəcanına vərdiş olur, həm də hazırlıq dövründə oxuduqlarının effektli olub-olmadığını öyrənmiş olur.
Belə ki, sınaq imtahanında topladığı bal, yaza bildiyi və bilmədiyi suallar abituriyentə hazırlıq müddətində istiqamət təyin etməkdə kömək edir. Eyni zamanda abituriyent sınaq imtahanında iştirak etməklə qəbul imtahanının məşqini edir və əskiklərini (imtahana gecikmək, lazımi sənədləri yanında götürməmək, vaxtdan düzgün istifadə etməmək, cavab kağızını zədələmək, 3 saat hərəkət etmədən sabit otura bilməmək və s.) aradan qaldırmaq şansı qazanır.
ABİTURİYENT SINAQ İMTAHANLARINDA NƏLƏRƏ DİQQƏT YETİRMƏLİDİR?
 Sınaq imtahanından bir öncəki axşam abituriyentlər, yuxu rejimlərinə və səhər yeməklərinə diqqət etməlidirlər.
 İmtahana gedərkən rahat geyim tərzinə üstünlük verməlidirlər. Çünki abituriyentin ayağını sıxan bir ayaqqabı, narahatlıq törədən bir geyim və ya zinyət əşyası, diqqəti yayındıraraq abituriyentin həm müfəvvəqiyyətinə (nəticəsinə) təsir edər, həm də bu uğursuzluq onu həvəsdən salar və psixi təsir göstərər.
 Sınaq imtahanlarının əsl imtahanın (qəbul imtahanı) bir tətbiqatı olduğunu unutmamalı və hazırlıqlı gəlməlidir.
 Sual kitabçasını açmazdan (imtahana başlamazdan) əvvəl ad və soyad düzgün doldurulmalı, kitabça variantı, xarici dil, sinif, ixtisas qrupu, iş nömrəsi dəqiq kodlanmalıdır.
 İmtahan müddətində başqalarının nə etdiyi abituriyenti maraqlandırmamalı, yalnız sual kitabçası ilə maraqlanmalıdır.
 Az və ya çox hər kəsin problem yaşadığı və işləməkdə çətinlik çəkəcəyi test sualları ola bilər. Belə hallarda məsləhət görülür ki, abituriyent bu tip sualları, çox vaxt itirməmək üçün buraxıb bir sonraki suala keçməli və daha sonra vaxt qalarsa yenidən həmin sualllara geri qayıtmalıdır.
 İmtahandan sonra səhvlər dərhal yoxlanmalı və əskik mövzular təsbit edilərək, vaxt itirmədən tamamlanmalıdır.
 Sınaq imtahanlarının faydalarını göz önündə tutaraq lazım olan həssaslığı göstərən abituriyentlər, universitetə gedən yolda ən vacib addımı atmış olacaqlar.

Qeyd

Digər xəbərlər