TQDK 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilini başa çatdırıb » İSRA kursları ...Ali təhsilə aparan etibarlı yol.... - www.isra.az

(024) 205 29 07 / (050) 548 55 99
Bizə hər an zəng edin: 9.00 - 19.30


TQDK 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilini başa çatdırıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Məleykə Abbaszadənin bilavasitə rəhbərliyi ilə 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilini başa çatdırıb. Təhlilin yekunları “Abituriyent” jurnalının 12-ci sayında elektron formada təhsil ictimaiyyətinin istifadəsinə təqdim olunub. Jurnal müxtəlif dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, ali təhsil müəssisələrinə və təhsil ekspertlərinə göndərilmişdir.

TQDK tərəfindən ali və orta ixtisas təhsilinin müxtəlif səviyyələrinə, o cümlədən magistratura və rezidentura səviyyələrinə qəbul imtahanlarının, həmçinin ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılmışdır.

Araşdırmanın tərkib hissələri kimi “Monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili”, “Qəbul imtahanlarının nəticələrinin gender aspektləri”, “Neft-qaz profilli ixtisaslar statistikada”(1992-2015-ci illər) və “Kənd təsərrüfatı profilli ixtisaslar statistikada” adlı kitabçalar nəşr edilib.Bunlarla bərabər, ölkəmizin hər bir rayonunun məzunlarının qəbul imtahanlarındakı göstəricilərini əks etdirən kitabçalar da hazırlanıb. Bu kitabçalar yaxın vaxtlarda pulsuz olaraq təhsil şöbələrinə paylanacaqdır.

Bu təhlil təhsilin müxtəlif pillələrində mövcud vəziyyət haqqında məlumatlar əldə etmək və çatışmazlıqların aradan qaldırılması yollarını araşdırmaq üçün bir mənbədir.

İmtahanların nəticələri əsasında aşağıdakı istiqamətlər üzrə də təhlillər aparılmış, müvafiq materiallar hazırlanmış və elektron versiyaya daxil edilmişdir. Bunlardan bəziləri isə “Abituriyent” jurnalının 12-ci nömrəsinə əlavə kimi ayrıca kitabça şəkilində nəşr edilmişdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu
Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulu
Ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə tələbə qəbulu
Dövlət və özəl ali təhsil müəssisələrinə tələbə qəbulunun müqayisəli təhlili
Xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu
Bölgələr üzrə 2015-ci il məzunlarının qəbul və buraxılış imtahanlarındakı nəticələrinin təhlili
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul
Rezidenturaya qəbul
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu
Ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələr
Monitorinq imtahanları
Qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllimlərin fəaliyyəti
“Tələbə-məzun ” dövlət elektron məlumat sistemi
“Şagird-məzun” elektron məlumat sistemində müqayisəli statistik göstəricilər
Dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi
TQDK-nın vətəndaşlara göstərdiyi elektron xidmətlər
Şəffaflıq- TQDK-nın fəaliyyətinin ümdə prinsipidir
Regionlarda vətəndaşların qəbuluna dair tədbirlər
2015-ci ildə TQDK-nın müxtəlif istiqamətlər üzrə keçirdiyi imtahanlar
TQDK-da aparılan elmi-metodiki işlər və fənn seminarları haqqında statistik məlumatlar
TQDK-nın ictimaiyyətin istifadəsinə verilən nəşrləri
TQDK-nın beynəlxalq qiymətləndirmə təşkilatları ilə əməkdaşlığı
TQDK 2015-ci ildə: görülmüş işlərin, tədbirlərin və yeniliklərin xronologiyası

Abituriyent jurnalının 12-ci sayına əlavələr:

Bölgələr və məktəblər üzrə statistik məlumatlar
“Mənim məktəbim” saytının (www.mekteb.edu.az) ayrı-ayrı məktəblərə dair məlumatları
Ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına qəbul olan abituriyentlərin imtahan fənləri üzrə orta göstəriciləri
Ümumtəhsil fənləri üzrə istifadə olunan dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələri (2015-ci il)
2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin fənlər üzrə elmi-metodiki və statistik təhlili
Monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili
Qəbul imtahanlarının nəticələrinin gender aspektləri
Neft-qaz profilli ixtisaslar statistikada (1992-2015-ci illər)
Kənd təsərrüfatı profilli ixtisaslar statistikada
Jurnalda qeyd olunan elmi-statistik təhlillərin hər bir istiqaməti üzrə tətildən sonra elmi konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Konfransın cədvəli bayram tətilindən sonra saytımızda veriləcək. Konfransla bağlı, eləcə də təhlili materiallar barədə öz rəy və təkliflərinizi info@tqdk.gov.az elektron ünvanına göndərə bilərsiniz.

Qeyd

Digər xəbərlər