Haqqımızda » İSRA kursları ...Ali təhsilə aparan etibarlı yol.... - www.isra.az

(024) 205 29 07 / (050) 548 55 99
Bizə hər an zəng edin: 9.00 - 19.30


Haqqımızda

Müasir dövrdə ali təhsil almaq əksər məktəblinin ən ümdə arzularından biridir. Valideynlər də övladlarının ali təhsil almaları üçün lazım olan şəraiti təmin etməyə çalışırlar.
Hazırda ali məktəblərə qəbul imtahanlarına hazırlıq müxtəlif variantlarla həyata keçirilir. Uzun illərin təcrübəsi göstərir ki, bu variantlardan daha səmərəlisi vahid mərkəzdən idarə edilən kurs şəraitində hazırlıqdır. Çünki kursda dinləyicilər bir ünvanda ixtisas qrupunun bütün fənləri üzrə hazırlaşırlar. Bu da öz növbəsində yol yorğunluğunun və bütün dövlət üçün ən əhəmiyyətli sərmayə olan vaxt itkisinin qarşısını alır.
“İSRA” kursları 2006-cı ildə Qəbələ rayonunda kurs hazırlığı sisteminin əsasını qoyub. Adının mənası “yüksəliş”, “inkişaf etmək” olan kurs, fəaliyyətə başladığı gündən bu adı doğrultmağa çalışıb və məzunlarının ali məktəblərə qəbul faizini 54 faizdən 93 faizə qədər qədər yüksəldib. Qarşıda duran əsas məqsəd isə nəticəni 100 faizə çatdırmaqdır. Bu məqsədə çatmaq üçün bütün lazımi tədbirləri həyata keçirən kurs, rayon ictimaiyyəti arasında kifayət qədər nüfuza malikdir. “İSRA” kurslarının üstün tərəflərindən biri də dinləyicilərə maksimum sürətli və effektli test işləmək bacarığının öyrədilməsidir. Belə ki, kursun hər dinləyicisinə tədris ili ərzində 25 mindən çox test tapşırığı işlədilir.
Sürətlə inkişaf edən və əhəmiyyətli turizm mərkəzlərindən biri olan rayonumuzdaki müəssisə və təşkilatların xarici dil bilən kadrlara ehtiyacını nəzərə alan “İSRA” kursları praktiki danışıq dili olaraq ingilis və rus dillərinin tədrisi ilə məşğul olur. Dil kurslarımızın onlarla məzununun müxtəlif idarə və təşkilatlarda ürəkaçan fəaliyyətləri isə bu sahədəki uğurlarımızın göstəricisidir.
Bütün bunlarla yanaşı kursumuz bir sıra sosial fəaliyyətlərlə də məşğuldur. Tədbirlərin, gəzintilərin, şənliklərin təşkil olunmasını buna misal göstərə bilərik. “İSRA” kursları fəaliyyətə başladığı gündən bəri yüzlərlə şagirdə tələbə adını qazandırmışdır. Hər il may ayında keçirilən kursa qəbul imtahanında yüksək nəticə göstərənlər güzəştli təhsil almaq hüququ qazanırlar. Tələbə olmaq arzusunu reallaşdırmaq istəyənlər, bu fürsəti qaçırmasınlar və “İSRA” kurslarına gəlsinlər!

Qeyd

Digər xəbərlər