Tərcümə xidmətləri » İSRA kursları ...Ali təhsilə aparan etibarlı yol.... - www.isra.az

(024) 205 29 07 / (050) 548 55 99
Bizə hər an zəng edin: 9.00 - 19.30


Tərcümə xidmətləri

“İSRA” kurslarının nəzdində fəaliyyət göstərən “İsra tərcümə mərkəzi” bütün dünya dillərinə peşəkar səviyyədə materialların tərcüməsi xidmətini göstərir. Tərcüməçilərimizin yüksək bacarıq və təcrübəsi bizə nöqsansız tərcümə xidmətləri göstərməyə imkan verir. Tərcümə mərkəzimiz ixtisaslı mövzular daxil olmaqla yanaşı müxtəlif mövzulu mətnlərin tərcüməsi üzrə də zəngin təcrübəyə malikdir.
Sifarişçinin istəyi ilə biz ilkin formata riayət etməklə orijinal sənədə tam oxşar olaraq cədvəlləri, şəkilləri, düsturları və s. saxlayır və tərcüməni peşəkar səviyyədə yerinə yetiririk.

Biz aşağıdakıları təklif edirik:
Yazılı tərcümə
-İstənilən çətinlik səviyyəsində olan texniki sənədlərin tərcüməsi
-Bədii ədəbiyyatın, kitabların, müqavilələrin, etibarnamələrin, arayışların, broşüraların və istənilən bütün sənədlərin tərcüməsi
Şifahi tərcümə
-Danışıqların, işgüzar görüşlərin, təqdimatların, seminarların, sərgilərin ardıcıl tərcüməsi
-Sinxron tərcümə

Bizim iş prinsiplərimiz:

Məxfilik
Biz münasibətlərimizin və bizə təqdim olunan məlumatların məxfiliyinə zəmanət veririk.
Dəqiqlik
Biz xidmət göstərərkən tərcümə olunmalı sənədi söz verilən vaxtda tamamlayıb müştərilərimizə təhvil veririk və tərcümələrin ekvivalentlik və dəqiqliyinə xüsusi diqqət yetiririk.

Münasib qiymətlər
Uzunmüddətli müqavilələr imzalayan zaman şirkətlərə tərcümələrin həcmi, mürəkkəbliyi və təcililiyi nəzərə alınmaqla nəzərəçarpacaq güzəştlər edilir.

Qeyd: Bu sahədə Qəbələ Notariat Kontoru ilə artıq 3-cü ildir ki, əməkdaşlıq edirik və tərcüməçilərimizin imzası yerli notarius tərəfindən rəsmi şəkildə tanınır.

Qeyd

Digər xəbərlər